DÖVLƏT KOMİTƏSİNİN ŞÖBƏ MÜDİRİ: “QƏBİR YERLƏRİNİN SATILMASININ QARŞISI ALINACAQ”

0

“Azərbaycanda artıq “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib. Təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bütün qəbir yerləri dəfni həyata keçirilənlərə nizamlı şəkildə veriləcək”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Şöbə rəisi bildirib ki, qəbirlər sıra nömrələrinə uyğun olacaq: “Bu, neqativ halları, xaosu aradan qaldıracaq. Qəbiristanlıqlarda mənfi hallar var idi ki, qəbir yerləri satılırdı, pul tələb olunurdu… Bu qaydalardan sonra isə belə halların baş verməsinin qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAXIN ŞƏRQDƏ YENİ MÜHARİBƏ OCAĞI ALOVLANDI: 3 ÖLKƏ PREZİDENT SEÇKİLƏRİNDƏ HÜCUM EDƏCƏK

Birləşmiş Ərəb Əmirlikləri, Misir və Səudiyyə Ərəbistanı Tunisə zərbə vurmağa hazırlaşır.

Bağla