DÜNYA AZƏRBAYCANLILARININ V QURULTAYI ŞUŞADA KEÇİRİLƏCƏK

0

Dünya Azərbaycanlılarının V qurultayı Şuşa şəhərində keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsi tədbir keçiriləcək məkanın quraşdırılması, səhnəsinin tərtibatı, səs avadanlıqları və digər texniki avadanlıqlarla təchizatı və qurultayla bağlı baner və rollapların hazırlanması işlərinin görülməsi üçün təkliflər sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 8-i, saat 10:00-dək təqdim edə bilərlər.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının birinci qurultayı 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib.

2002-ci il iyulun 5-də Azərbaycan Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olub.

Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının IV qurultayı 2016-cı il iyunun 3-4-də Bakıda keçirilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AKAR AZƏRBAYCANLA HƏRBİ TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDAN DANIŞIB

“Dost və qardaş ölkələrin yanında olmağa davam edirik”. Apa xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib....

Bağla