DÜNYANIN MƏSUM QİTƏSİ

0

Hərkəs gördüyü, hiss etdiyi qədər yaşayıb anlayar.. Hər göz fərqli prizmadan baxar həyata. Afrikaya baxmaq da belədir…

Afrikaya bir xarici dünyadan baxmaq… Bir də Afrikadan xarici dünyaya baxmaq…

Afrikada qadın olmaq;

Afrikada bir qadınsınızsa, saçınız çıxmır deməkdir.

Hər iş görə bilər Afrika qadını. Həyatın hər yükünü daşıyar burada qadınlar. Bir çox ölkədə rast gəlmədiyimiz yanacaq doldurma məntəqələrində işləyə bilər məsələn.

Həyatın əzabını, acısını, yükünü çiyinlərində daşımaz. O yükü su bidonlarını başının üstündə daşıdığı kimi daşıyar amma şikayət etməz. Üsyan etməz. Bir təbəssüm vardır hər zaman simasında. O gözəlliyinə ləkə salmaz.

Afrikada uşaq olmaq;

Afrikada uşaqsınızsa, verilən hər konfetə sevinərsiniz. Həyatdan gözlədikləriniz çox deyildir. Xoşbəxtliyi kiçik şeylərdə taparsınız.

Axşam qarnınızı doydurmaqdan başqa bir probleminiz yoxdur.

Afrikada uşaq olmaq qardaşını çiynində daşımaq, bacının palçıqlı ayaqqabılarını sevə-sevə yumaqdır. Sarı su bidonlarında su daşımaqdır. Ən gözəli də özün daha uşaq ikən balaca bacı-qardaşının yükünü yüklənməkdir.

Afrikada şagird olmaq;

Afrikada şagird olmaq, uçuq sökük də olsa o sinifdə təhsil almaq, hətta bir sinfə sahib olduğu üçün Rəbbinə şükr edərək dərsə getməkdir.

Həyətində su olmayan məktəbdə təhsil almaq amma yenə də həyata ümid dolu gözlərlə baxmaqdır.

Afrikada insan olmaq;

Afrikada yaşamaq kilidli şkafdan meyvə götürməkdir. Can təhlükəsizliyi yoxkən yeməkləri qorumaqdır.

Afrikada olmaq, ananas və manqo kimi lif cəhətdən zəngin meyvələri çox yemək deməkdir. Cənabı Haqqın Afrika xalqına bəxş etmiş olduğu bu meyvələr həm tox tutur həm də metobolizmanı gücləndirir.

Hər gün günəşli günə gözlərini açarkən günəş işığının insan könlünə əks etdirdiyi dinclik və sükunəti doya-doya hiss etməkdir.

Həyatdan heç bir şey gözləməz Afrika insanı … Günlük həyat … Günlük xoşbəxtlik … İş sahibini işdən çıxarsam niyə çıxartdın deyə soruşmazlar… Tələsməzlər … Qayğıları yoxdur … Vəzifələrini axsatma olmazsa tam təsəvvüfdür həyatları … TevekkeltüAlallah …

Məhsuldar torpaqlara sahib olan Afrika xalqı illərlə istismar olunduğu üçün ümidsizliklə iş gördüklərindən qabiliyyətləri çox zəifləmişdir. İstehsal etmək, əkmək, biçmək kimi məqsədləri yoxdur həyatda … Al-ver etdikləri zaman əsla tələsməzlər… Dəqiqələrlə gözləyə bilərsiniz..

Afirikada olmaq su quyusu açıldıqda sevinclə qarşılamaq … Xoşbəxtlikdən qışqırmaq deməkdir .. Su kimi əziz nemətin gözlərdə əks olunması deməkdir …

Azərbaycandan vəfa əhli dostlarımız xidmət könüllüsü olan Zeynəb Nuri xanımın adına bir su quyusu açdı. Zeynəb xanım etdiyi xidmətlərlə Azərbaycanın dörd bir küncünə səs salmışdır. İndi isə adı Tanzaniyada su olmayan bir məktəbin həyətində yaşamaqdadır. Ruhun şad olsun bacım! Adına açılan su quyusundan su içənlərin duaları qəbirinə nur olsun…

Arfikada Müsəlmansanızsa;

Xristianlarla bir mühitdə yaşayırsınız deməkdir. İslam dinini yaxşı bilən, yaxşı yaşayan dininə bağlı qalar Afrikada. Biz müsəlmanlara bu məqamda çox iş düşür. Yanlarında, içlərində lazımı qədər ola bilirikmi? Bu vəzifəni yerinə yetirən qardaşlarımıza könüldən minnətdarlığımızı bildiririk ..

Cənabı Haqq ayədə;

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (Hucurat49/13).

Ayəyi-kərimənin təfsirində Yezid b. Şəcərə (r.a.) izah edir:

Rəsulullah (s.ə.s.) bir gün Mədinə bazarında birini görməyə gedmişdi. Bir də baxdı ki, qara bir qul satışa çıxarılmışdır. Kim daha çox pul versə, ona satılacaq.

Qul da belə deyirdi:

– “Kim məni alacaqsa, ancaq bir şərtlə alsın”.

Ona:

– Şərtin nədir? deyə soruşuldu.

O da:

– “Məni alan adam, Rəsulullahın (s.ə.s.) arxasında beş vaxt namaz qılmaqdan məni məhrum etməyəcək”, dedi.

Nəhayət bir adam onu bu şərtlə özünə qul aldı.

Rəsulullah (s.ə.s.) bu qulu hər fərz namazda arxasında görürdü. Amma bir gün onu görə bilmədi. Sahibinə:

– “Kölən harada qaldı?” deyə soruşdu.

Sahibi:

– “Xəstədir, ey Allahın Rəsulu” dedi.

Rəsulullah (s.ə.s.) səhabələrinə:

-“Qalxın, onu ziyarət edək!” deyə buyurdu.

Səhabələr də, Rəsulullah (s.ə.s.) ilə birlikdə qalxıb o köləni ziyarətə getdilər.

Bir neçə gündən sonra Rəsulullah (s.ə.s.) sahibinə:

-“Kölənin vəziyyəti necədir?”, deyə soruşdu.

– “Ey Allahın Rəsulu, kölə eyni, xəstə vəziyyətindədir”, deyə sahibi cavab verdi.

Rəsulullah (s.ə.s.) kölənin yanına getdi. Kölə, şiddətli qızdırma içində idi. Və bu halı üzrə ruhunu təslim etdi.

Səhabələr bu halı görüb heyrətlənmişdilər.

Mühacirlər belə dedilər:

– “Biz, yurdlarımızı, mallarımızı, ailəmizi tərk etdik. Buna baxmayaraq bizdən heç kim, nə həyatında, nə xəstələndikdə, nə də ölümündə bu kölənin gördüyü kimi bir iltifat görməmişdir”.

Ənsar isə bunları söylədi:

– “Biz, Rəsulullaha (s.ə.s.) qapılarımızı açdıq, Ona yardım etdik, mallarımıza ortaq etdik. Buna baxmayaraq zənci bir köləni bizdən üstün gördü”.

Bunun üzərinə Allah Təala, bu ayəyi kərimə endirdi.

“Qiyamət günü gəlib çatdığı zaman heç birimizin bir-birinə üstünlüyünün olmayacağı gün hər kəs sahib olduğu nemətlərin hesabını verəcək”. Bu günki cəmiyyətin alt təbəqə olaraq gördüyü zənci qardaşlarımızla eyni safda olacağıq. Rəngimiz, boyumuz, göz rəngimiz nəhayət fiziki xüsusiyyətlərimizin bir əhəmiyyətinin qalmadığı zaman bu dünyadan nə götürdüyümüzün hesabını verəcəyik. Dünyəvi nemətlərdən məhrum olaraq gördüyümüz qardaşlarımız bəlkə də daha çox sevinəcək.

Cənabı Haqq qiyamət günü qazananlardan etsin!..

MƏRYƏM DƏMİR

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏNİN İSMAYILIN HANSIDIR?

Allah Təala Nisə surəsinin 125-ci ayəsində "Allah İbrahimi özünə dost seçmişdi" buyurur. Dost dostun səmimiyyətini öyrənmək üçün imtahandan keçirər. Allah...

Bağla