Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var.
İslamveirfan.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat paylaşıb.
Məlumatda həmçinin bildirilir ki, Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutur.
Ordumuz adekvat tədbirlər görür.