Düşmənin məhv edilən döyüş texnikasının SİYAHISI

0

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

– 250-dək tank və digər zirehli texnika;

– 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

– 60-dək hava hücumundan müdafiə vasitələri;

– 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

– 8 silah-sursat anbarı;

– 150-dək avtomobil texnikası;

– 1 ədəd “S-300” zenit-raket kompleksi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hikmət Hacıyev: “Azərbaycan Ordusu Xankəndində yalnız hərbi obyektləri bombalayır”

Azərbaycan Ordusu Xankəndində yalnız hərbi obyektləri bombalayır Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan...

Bağla