EDİLƏN ƏMƏL ELMSİZ OLARSA NƏ OLAR?

0

Elm öyrənmək və edilən bütün işləri elm ilə, elmə əməl etməklə görmək hər müsəlmanın vəzifəsidir. Buna görə də alimlərin daha böyük məsuliyyəti vardır.

“Ey inananlar, elm öyrənin, elm öyrənin! Öyrəndiyiniz zaman onunla əməl edin.” (Darimî Mukaddime, 24)

“Elimdə istədiyiniz qədər irəliləyin, bildiklərinizlə əməl etmədikcə Allah sizi mükafatlandırmaz.”

“İstədiyiniz elmi öyrənin, öyrəndiklərinizlə əməl edincəyə qədər Allah sizi mükafatlandırmaz.”

Bu hədisi-şəriflər elmin əməl etməklə birlikdə mənasının olduğunu əməlsiz elmin heç bir faydasının olmayacağını ifadə edir.

Bəzi saxta, özlərini din adamı kimi göstərənlər insanlar arasında, xüsusi ilə bəzilərinin dini istismar etmək və gözdən salmaq məqsədi ilə insanlar arasına bir sıra ifadələr yayırlar.

“Qiyamət hacılar ilə xocalar üzündən qopar.”

Belə ifadələr əməlini elm ilə etməyən alimlərin dinin etibarını nə dərəcədə zədələdiklərini açık-aşkar görtərir. İnsanlar arasında dinin bu dərəcədə zarafata alınmasına səbəb olmaq böyük məsuliyyətdir. Din alimlərdən öyrəniləcəksə, alimlər dini ciddiyə alıb yaşamazsa insanlar elm öyrənmək istəməzlər. Buna görə də alimləri ələ salaraq dini də gözdən salarlar. Belə bir nəticəyə səbəb olmaq zülmdən başqa şey deyil.

Mərhum Taşköprülüzadə qeyd edir ki, alim elmdən kənar iş görərsə cəzası cahildən çox olar. Günah işləyən cahil sadəcə o günahın cəzasını alar, alim isə günah işləyərsə təkcə öz cəzası yox, günaha səbəb olduqlarının da cəzasından pay alar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistanın aviazərbələr endirməyə cəhd göstərən iki Su-25 təyyarəsi məhv edilib

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin...

Bağla