“EKSTREMİST RADİKAL QRUPLAŞMALARIN AZƏRBAYCANDA İCTİMAİ ASAYİŞİ POZMAQ İMKANLARI SIFIRDAN AŞAĞIDIR”

0

“Hər hansı bir ekstremist radikal qruplaşmaların hansısa dini məzhəb adı altında Azərbaycanda ictimai asayişi pozmaq və ya hər hansı bir hərəkət etmək imkanları sıfırdan aşağıdır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı feysbuk hesabında yazıb.

Komitə sədri qeyd edib ki, bu, qeyri-mümkündür:

“Kimsə hesab edirsə ki, din adı altında Azərbaycanın ictimai-siyasi quruluşuna və ya ictimai asayişini, stabilliyini, sabitliyini pozmaq üçün o qrupların adı ilə nə isə edə bilər, çox yanlışlığa yol verir. Xəyal qırıqlığına qapılacaq. Ona görə ki, Azərbaycanda xalq monolitdir, güclüdür, dövlət də güclüdür, xüsusi xidmət orqanlarımız da güclüdür. İdeoloji cəhətdən bu işlər Azərbaycanda kifayət qədər aparılır. Medianın da burada rolunu xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, Azərbaycanda heç kim, heç bir qruplaşma din adı altında gizlənərək, din pərdəsi altında nəsə edə bilməyəcək. İctimai, siyasi, iqtisadi sabitlikdir, xalq və hakimiyyət arasında çox möhkəm bağlar var, vəhdət var və cənab Prezidentin simasında Azərbaycanı daha böyük zirvələrə aparacaq Lider var!”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV MÜSTƏQİLLİK GÜNÜ HAQQINDA YENİ QANUNU TƏSDİQ EDİB

Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin...

Bağla