“Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”

0

“Regiondakı hadisələrin müsbət və ya mənfi təsirləri strateji reallıqdır”.

Bunu “Anadolu”ya Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Nazirliyin adını açıqlamayan səlahiyyətli diplomatı deyib ki, rəsmi Ankaranın hədəf və məqsədi ancaq Türkiyə-Ermənistan, yaxud Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil: “Biz regional sabitliyin təmin olunmasını istəyirik. Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”.

Diplomat, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı həmkarı Ararat Mirzoyanın telefon danışığının konstruktiv keçdiyini söyləyib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
V İSLAM HƏMRƏYLİYİ OYUNLARI ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN GÜNÜ KEÇİRİLİB

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları zamanı “Azərbaycan günü” keçirilib. "Report"un Konyaya ezam olunan əməkdaşı xəbər verir...

Bağla