Fevralın 19-da dünyasını dəyişən məşhur din alimi Muhamməd Emin Sarac ötən gün torpağa tapşırıldı.
Mərhum üçün 65 il tələbə hazırladığı İstanbul “Fatih” məscidinin həyətində mərasim keçirilib və cənazə namazı qılınıb.
Cənazə mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Çox sayda insanın iştirak etdiyi mərasimdən sonra Emin Sarac “Fatih” məscidinin həyətindəki məzarlıqda dəfn edilib.
Allah rəhmət eləsin.