“ENERJİ MƏNBƏYİ BAXIMINDAN AZƏRBAYCAN TÜRKİYƏYƏ ƏN YAXIN ÖLKƏDİR”

0

“Enerji mənbəyi baxımından Azərbaycan Türkiyəyə ən yaxın ölkədir”.

Bu fikirləri Türkiyənin xarici işlər nazirinin müavini Ahmet Yıldız Ankarada Kanada Milli Günü ilə əlaqədar keçirilən tədbirdə “Report”a açıqlamasında bildirib.

A.Yıldız Türkiyə-Kanada əlaqələrində ölkəsinin ən çox önəm verdiyi məsələlərdən birinin də enerji təhlükəsizliyi olduğunu bildirib: “Kanada böyük bir ölkədir, potensialı çoxdur. Amma Türkiyənin də başqa avantajları var. İnşallah, bu avantajları dəyərləndirməyi düşünürük. Məlumdur ki, Rusiyadan da başqa, Avropanın enerji təminatına böyük ehtiyacı var. Bu baxımdan Kanada da böyük imkanlara malikdir. Amma Azərbaycan enerji mənbəyi baxımından bizə ən yaxın ölkədir və bunu yüksək dəyərləndiririk”.

Nazir müavini müdafiə sənayesi sahəsində Kanadanın Türkiyəyə tətbiq etdiyi sanksiyanın yaxın zamanda aradan qaldırılacağına ümid etdiyini də vurğulayıb:

“O sanksiyaların aradan qaldırılması zamanı çoxdan çatıb”.

Qeyd edək ki, Kanadanın Türkiyə və Azərbaycan üzrə səfiri Jamal Kokarın Ankaradakı iqamətgahında Kanada Konfederasiyasının (Kanadanın Milli Günü) 156 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Türkiyənin xarici işlər nazirinin müavini Ahmet Yıldız da çıxış edib.

Onu da bildirək ki, Ahmet Yıldız, Rəcəb Tayyib Ərdoğanın yeni tərkibdə təyin etdiyi Nazirlər Kabinetindəki Türkiyənin xarici işlər naziri Hakan Fidanın 4 müavindən biridir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycandakı dini konfessiya rəhbərləri Quranın yandırılmasına etiraz ediblər

Azərbaycandakı dini konfessiya rəhbərləri İsveçin paytaxtı Stokhol şəhərində Qurani-Kərimin yandırılmasına qarşı birgə bəyanat yayıb. Bəyanatda deyilir: "O Bir olan Yaradanın...

Bağla