ENNEAQRAMLA TANIŞLIQ 1

0

İmam Gəzzali “Səadət yolu” kitabında insan tərəfindən dörd şeyin tanınması və araşdırılmasının vacibliyini bildirir:

  1. İnsanın özünü tanıması və kim olduğunu bilməsi
  2. Yaradıcısını tanıması və Ona necə yaxınlaşa biləcəyini öyrənməsi
  3. Yaşadığı aləmi və içində olduğu dünyanın gizliliklərini və təhlükələrini bilməsi
  4. Hara gedəcəyini düşünməsi, axirəti qavraması və orada xoşbəxt olmağın yollarını axtarması

Bu dörd dənə bilinməli olan ünsürlərdən birincisinə yəni, insanın özünü bilməsi məsələsinə vaqif olmaq istəyənlər üçün enneaqram elmi mühim mənbədir. Enneaqram Azərbaycan ictimaiyyəti üçün yeni bir sahədir.

Doqquz nöqtə mənasına gələn enneaqram, bir insanın öz “tapmacasını” həll etmək üçün istifadə edə biləcəyi bir yol xəritəsini təqdim edir. Enneaqram elmini əlverişli və oxuna bilən bir vəziyyətə gətirənlərin ən öndə gələn nümayəndələri Orta Asiya sufiləri olsa da, xüsusiylə qərb aləmində bu elmin 1960-cı illərdən etibarən yayılmasına Oskar İçazo və Naranjo kimi akademiklər şərait yaratmışlar. Enneaqram Orta Asiya Təsəvvüf mədəniyyətində və İslam düşüncəsində “9 nöqtə məlumatı”, “ənə”-“mənlik” həbsxanası, “mənlik naxışı”, “mənlik açarı və yaxud “ənə durbini”, “mənlik tərəzisi”, “ənə meyarı”, “nəfs bilikləri”, yaxud da “vəchullah” deyə qeyd olunur.

Bu elm Corctavn Universitetinin Tibb Məktəbində, J.F.Kenedi Universitetində həm müəllimləri, həm də tələbələr üçün özünüdərketmə prosesinin aşılanmasında, Loyola Univer-sitetində şəxsi inkişaf sahəsində istifadə edilir. Bundan başqa, Kaliforniya Üniversitetində Ünsiyyət Bacarıqları, Liderlik və Tibb sahələrində, Stanford Universitetində şəxsiyyət və liderlik bacarıqları ilə əlaqədar olaraq təlimi və təhsili verilir. Harvard Universiteti Hüquq Fakültəsində məhkəmə salonlarında stajorluq baxımından praktikası keçirilir. Dünya miqyasında enneaqramı istifadə edən böyük şirkətlər arasında Google, eBay, Yahoo, Sony, CSC, Adobe, HP, Disney, Motorola, Panasonic, Apple və başqaları vardır. Bu sahə Alman ordusunda təhsil proqramına o cümlədən, CIA və FBI təşkilatlarında da təhsil proqramına daxil edilmişdir.

Özümüzü enneaqram elmi vasitəsiylə araşdırıb tanıdıqdan sonra başqalarının xarakterini, şəxsiyyətini anlamaq, dövrümüzdəki əsas müsibətlərdən sayılan mərhəmətsizlik, zülm, nifrət və bənzər mənfiliklərin, hörmət, qayğı, sevgi və məhəbbətə çevrilməsi yolunda önəmli bir vasitə olacağına inanıram.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSVEÇDƏ QURANI YANDIRMAQ İSTƏYƏN DANİMARKALI HƏBS EDİLDİ

İsveçin Malmö şəhərində müqəddəs Qurani-Kərimi əvvəl təpikləyən, sonra yandırmağa cəhd edən danimarkalı siyasətçilər həbs edilib. Məlumata görə, “İstiqamət” partiyasının sədri,...

Bağla