ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ AZƏRBAYCAN HƏRBÇİSİ ŞƏHİD OLUB

0

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ ANTİTERROR ƏMƏLİYYATININ YENİ MƏRHƏLƏSİ BAŞLAYIB

Türkiyənin şərqindəki Van vilayətində "Eren Kış" antiterror əməliyyatının 12-ci mərhələsi başlayıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Terrorçuların...

Bağla