Amerikada, erməni terror qruplaşmaları tərəfindən şəhid edilən türk diplomatlar yad edilib.
İlk tədbir yanvarın 27-də Santa Barbara şəhərində Türkiyənin Los Angeles konsulluğu tərəfindən təşkil edilib. Həmin tədbirdə, 1973-cü il yanvarın 27-də şəhid edilən Türkiyənin baş konsulu Mehmet Baydar və konsulu Bahadır Demirin xatirəsi yad edilib.
Növbəti tədbir isə yanvarın 28-də Türkiyənin Los Angeles konsulluğunun binasında baş tutub. Bu tədbirdə isə, 1982-ci il yanvarın 28-də şəhid edilən Türkiyənin Los Angeles konsulu Kemal Arıkan yad edilib.
Hər iki tədbirdə də Türkiyənin Los Angeles baş konsulu Can Oğuz və konsulluq əməkdaşları iştirak ediblər.