“ERMƏNİLƏR ARXİVLƏRİ AÇSALAR TÜRKLƏRDƏN ÜZR İSTƏMƏYƏ MƏCBUR OLARLAR”

0

“2.4 milyon insanı qətlə yetirərək həqiqi qətliamı ermənilər törədib. Türklər arxivlərini açdılar, ermənilər də arxivlərini açarlarsa dünyadan və türklərdən üzr istəməyə məcbur olarlar.”

Bu sözləri ABŞ-ın sabiq prezidenti olan Ronald Reyqanın hüquq müşaviri Bryus Fein deyib.

“Caucasus Online” saytına açıqlama verən Fein, Ağ evin Reyqanın göstərişi ilə Osmanlı dövrü 1915-ci il hadisələri barədə tədqiqat apardığını qeyd edib. 

“Reyqanın təlimatı ilə Avropadakı hərbi arxivlər və Osmanlı arxivlərində araşdırma apardıq. Tədqiqatlar nəticəsində məlum oldu ki, erməni soyqırımı iddiaları əsassızdır. 1.5 – 2 milyon erməninin qətl edilməsi barədə iddialar tamamilə erməni tarixçilərin uydurmasıdır.   

Erməni mənbələrinə görə deportasiya olunan erməni sayı təqribən 700 mindir. Osmanlı torpaqlarında qalan erməni isə 280 min olub. Deportasiya hadisələri vaxtı uzaqbaşı 280 min erməni ölüb.

1915-ci il hadisələrində ermənilərdən çox türklər öldürülüb. Erməni quldur dəstələri Anadoluda 2.4 milyon insanı qətlə yetirib.” – deyə Fein bildirib.

Osmanlı dövlətində etnik və dini azlıqların türklərlə eyni hüquqlara sahib olduğunu deyən Reyqanın müşaviri, ermənilərin xəyanətkarlıq edərək Osmanlının düşmənləri ilə birgə addım atdıqlarını vurğulayıb:

“Ərəblər, küedlər, çərkəzlər, yunanlar və ermənilər osmanlı dövlətində yuxarı vəzifələrdə işləyirdilər. I Dünya müharibəsində ermənilər ana vətənlərinə xəyanət etdilər Osmanlının düşmənləri ilə birləşdilər. qafqaz cəbhəsində ermənilər euslarla birlikdə osmanlıya qarşı döyüşdü. Türk və gürcü kəndlərini qarət edərək sakinləri öldürdülər.

Tədqiqatlarımız vaxtı türklər arivlərini açdılar. Amma ermənilər arxivlərini açmağı qəbul etmədilər. Bu arxivləri açarlarsa dünyadan və türklərdən üzr istəməyə məcbur olarlar.” – Bryus Fein deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏŞƏRİ BİLİKLƏRİN MƏNBƏYİ

Kainatı tanımaq (öyrənmək, xəbərdar olmaq) istəyi insanın təbiətində mövcuddur. Ondan xəbərsiz olmağın heç bir əsası və dəlili yoxdur. Qurani-Kərim bizə...

Bağla