“ERMƏNİSTAN AQRESSİV MÖVQEYİ İLƏ DİNLƏRARASI DİALOQA ZƏRƏR VURUR”

0

Azərbaycan öz regionunda tolerantlıq, multikulturalizm və dini müxtəlifliyi təşviq edir. Ermənistan isə BMT qətnamələrinə baxmayaraq aqressiv mövqeyi ilə dinlərarası dialoqa zərər vurur.

Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının Türkiyənin TRT Meida qurumunun Almaniyada fəaliyyət göstərən rəqəmsal platformaları olan https://www.trtdeutsch.com və https://nex24.news/ xəbər portallarında nəşr olunan məqaləsində yer alıb.

DQİDK-dan verilən məlumata görə, məqalədə qeyd olunub ki, bu gün ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi dövlət-din modeli dünyəvilik, tolerantlıq və multikultural prinsiplərə söykənir. Azərbaycan haqlı olaraq hesab edir ki, qoruyub saxladığı və inkişaf etdirdiyi multikulturalizmə, tolerantlığa alternativ radikalizm, ekstremizm və terrordur. Ona görə də Azərbaycan öz tarixi irsini bu gün də yaşatmaqda və gələcək nəsillərə ötürməkdədir.

Azərbaycan dövləti cəmiyyətdə mövcud etnik-mədəni müxtəlifliyi, tolerantlıq və multikulturalizmi qorumaq üçün böyük layihələr – mədəniyyətlərarası və dinlərarası beynəlxalq forumlar həyata keçirməklə dinlərarası dialoqun təşviqi mərkəzinə çevrilib.

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə Bütpərəstlik, Zərdüştilik, İudaizm, Xristianlıq, İslam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstərib.

Komitə sədri diqqətə çatdırıb ki, iki əsrdir ölkəmizdə yaşayan almanlar da Azərbaycanı özlərinə vətən bilib və öz mədəni irslərini yaşadıblar. Azərbaycanda bir neçə Lüteran kilsəsi mövcuddur, o cümlədən ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət göstərən “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, onlarla protestant xristian dini icmaları fəaliyyət göstərir, o cümlədən Xilaskar yevangelik lüteran kilsəsi dini icması öz əcdadlarının ənənəsinə sadiq qalaraq Bakı Xilaskar Lüteran kilsəsində ibadət və ayinlərini həyata keçirirlər.

Azərbaycan dövləti cəmiyyətdə mövcud etnik-mədəni müxtəlifliyi, tolerantlıq və multikulturalizmi qorumaq üçün böyük layihələr – mədəniyyətlərarası və dinlərarası beynəlxalq forumlar həyata keçirməklə dinlərarası dialoqun təşviqi mərkəzinə çevrilib. Təsadüfi deyil ki, İslam və Qərb sivilizasiyaları arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv dövlətləri eyni platformada birləşdirir ki, bu da sivilizasiyalar arasında dialoqa mühüm töhfədir.

Mübariz Qurbanlı vurğulayıb ki, regionda bu dinlərarası dialoqa və sülh şəraitində birgəyaşayışa təhdid Ermənistandır. Sovet İttifaqının dağılması ərəfəsində yaranmış geosiyasi gərginlikdən istifadə edərək ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib, bir milyondan artıq azərbaycanlı – xristian, yəhudi və digər dinlərin nümayəndələri də daxil – qaçqın, məcburi köçkün taleyi yaşamağa vadar edilib, yüzlərlə dini abidə – məscidlər, kilsələr, ziyarətgahlar, qəbiristanlıqlar dağıdılmış, məscidlərimiz tövlə halına salınıb.

DQİDK sədri Azərbaycanın xristian irsini təkcə sərhədləri daxilində deyil, ondan kənarda da restavrasiya edərək qoruduğu diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun xristian dini abidələrinin restavrasiyası sahəsində həyata keçirdiyi layihələrdən söz açıb.

İşğal altındakı bölgələrdə mövcud olan Xristian abidələrinin mütləq əksəriyyəti qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus olduğunu da diqqətə çatdıran M.Qurbanlı erməni işğalçılarının Alban Xristian abidələrini ya erməniləşdirərək erməni kilsəsi kimi təqdim etdiyini, ya da dağıtdığını qeyd edib.

Komitə sədri Ermənistan-Azərbaycan münaqişəsinin heç vaxt dini xarakterə malik olmadığını vurğulayaraq erməni kilsəsi və din xadimlərinin hər zaman təcavüzü dəstəklədiyini, xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb etdiklərini, münaqişəni dini müstəvidə təqdim etməyə cəhd göstərdiklərini bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN TƏLƏBƏNİN YAZDIĞI KİTABI HOLLANDİYANIN BAŞ NAZİRİ BƏYƏNDİ

Hollandiyanın baş naziri Mark Rutte, Türkiyə əslli tələbə Dilara Bilgici qəbul edib. Buna səbəb 18 yaşlı tələbənin yazdığı “De Blackbox...

Bağla