Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsi pozan düşmən Ağdam və Ağcabədi rayonlarını atəşə tutur

0

Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Həmçinin, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

İslamveirfan.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MN: Sutka ərzində düşmənin xeyli hərbi texmikası məhv edilib – SİYAHI

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd...

Bağla