ERMƏNİSTAN AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTUB

0

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Məlumata görə, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRƏ YAĞIŞ YAĞIB, KÜLƏK GÜCLƏNİB

Azərbaycanda yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkənin bəzi yerlərində arabir yağış yağır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat...

Bağla