“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşib”

0

“Ermənistan mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşırdı. Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdi”.

Yerli mətbuat xəbər verir ki, bunları Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib: “Ermənistan məğlubiyyətini rəsmən etiraf etdi”.

“Kamal bəy (Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu-red) Cənub dəhlizini (layihəsini-red) millətə yeni bir iş görmüş kimi göstərdi. (Layihədə-red) Azərbaycan haradadır?”, – Binəli Yıldırım vurğulayıb.

“Səmimi olacağıq, dürüst olacağıq. Ona görə də hər şeyi xalqla bölüşdük. 21 ildir ki, millətimizdən öndə olmuşuq. Çətinlikləri və uğurları paylaşdıq. Problemlər varmı? Problemlər olacaq və onları həll etmək üçün iradə də olacaq”, – Binəli Yıldırım əlavə edib

Rrport

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Nyu-Yorkda Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb

ABŞ-ın Nyu-York şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb. "Report"un ABŞ bürosu xəbər verir ki, üçrəngli,...

Bağla