ERMƏNİSTAN KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ TƏXRİBAT TÖRƏDİB

0

Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib, atışma davam edir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şuşa yaxınlığında erməni terroru nəticəsində 3 azərbaycanlı hərbçi yaralanıb

Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyi erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı birgə məlumat yayıb. Məlumatda...

Bağla