ERMƏNİSTAN ORDUMUZUN TOVUZDAKI MÖVQELƏRİNİ YENİDƏN ATƏŞƏ TUTUB

0

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PKK TERROR QRUPLAŞMASININ YARADICILARINDAN BİRİ MƏHV EDİLİB

Türkyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının birgə keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının yaradıcılarından biri olan “Fuat” kod adlı...

Bağla