Ermənistan prezidenti Armen Sarkisyan Moskvaya yollanıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə dövlət başçısının Mətbuat Xidməti xəbər yayıb.
Bildirilir ki, səfər qeyri-rəsmi xarakter daşıyır.
Məlumata görə, o erməni diasporunun nümayəndələri ilə görüşəcək, Qarabağ və Ermənistandakı vəziyyət ətrafında müzakirələr aparılacaq.
oxu.az