“Erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil deyil.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu nazir Ararat Mirzoyan parlamentdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.
“Bu, bizim üçün prioritet məsələ deyil”, – o bildirib.
A.Mirzoyanın sözlərinə görə, prioritet məsələlərin siyahısına Bakı ilə münasibətlərin nizamlanması və sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir.