“Ermənistan Zəngəzur dəhlizinin açılması başda olmaqla, verdiyi vədlərə əməl edərsə, bu ölkənin rəhbərliyi ilə mərhələli şəkildə əlaqələrimizi inkişaf etdirməyə hazırıq”.
“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Ərdoğan İran rəhbərliyini də regionda sülhün, gələcək siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə birlikdə hərəkət etməyə çağırıb.