ERMƏNİSTANDA AZƏRBAYCANLI ƏSGƏRƏ QARŞI CİNAYƏT İŞİ AÇILIB

0

Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə – sərhədi qanunsuz keçmək, silah gəzdirmək və s. ilə ittiham olunur.

Qeyd edək ki, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“QURAN”I YANDIRAN ŞƏXSƏ HÖKM OXUNDU

Rusiya federasiyası (RF) Çeçenistan vilayətinin Qroznı şəhər məhkəməsi “Quran”ı yandırmaqda ittiham edilən Nikita Juravlyov adlı şəxsi 3,5 il həbs cəzasına...

Bağla