“Ermənistanın Laçın yolu ilə mina və hərbi texnika daşınması qətiyyən yolverilməzdir”

0

“Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır”.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

M.Şentop həmçinin, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edib.

O bildirib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir:

“Laçın yolundakı durumu yaxından izləyirik və bu mövzudakı həssas mövqeyinizə dəstəyimizi bütün platformalarda həmsöhbətlərimizin diqqətinə çatdırırıq. Bu günədək olduğu kimi, bundan sonra da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını səylərini dəstəkləməyə davam edir”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ BİRGƏ PİLOTSUZ UÇUŞ APARATLARI İSTEHSAL EDƏCƏK

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək. Bu barədə Türkiyənin "Baykar" şirkəti məlumat yayıb. Bildirilib ki, bununla...

Bağla