ERSİN TATAR PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG EDİB

0

Fevralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ersin Tatar prezident seçkilərində inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəminə toxunularaq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Devlet Bahçeli seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevə zəng edib

Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat...

Bağla