ETİKAF NƏDİR?

0

“Bir yerdə gözləmək, dayanmaq, özünü bir məkana həbs etmək” kimi mənaları ifadə edən etikaf Ramazan ayının son on günündə dünyəvi işlərdən uzaqlaşaraq edilən ibadətdir. Peyğəmbərin (s.ə.s) Ramazan ayının son on günündə daha çox ibadət etdiyi qeyd edilir.  Hz. Aişə (r.a) belə buyurur: “Ramazan ayının son on günü yaxınlaşanda Rəsulallah (s.ə.s), gecələr ehya edər, evdəkiləri oyandırar, özünü ibadətə həsr edərək bir müddətlik yoldaşları ilə cinsi əlaqəni kəsərdi”. (Buxari, Leylətül-Qədr 5)

İslam alimləri Hz. Peyğambərin (s.ə.s) son on gündə etikafa girdiyindən yola çıxaraq bu günlərdə etikafa girməyi müstəhəb olaraq qəbul edirlər. Etikaf ibadət olduğu üçün etikafa girən şəxsin mükəlləf olmağı məscidə girməsi və niyyət etməsi lazımdır. Qeyd edək ki, qadınlar öz evlərində etikafa girə bilərlər.

Etikafa girməktə məqsəd nəfsi qadağan edilmiş şeylərdən qorumaqdır. Etikaf insanı dünyəvi işlərdən uzaqlaşdıraraq daha çox ibadət etmək, həyatın mənasını düşünmək üçün imkan yaradır. Hər kəsin zaman-zaman təfəkkür etməyə ehtiyacı var. Etikaf da bunun üçün vacib bir ibadət formasıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN ƏHALİNİN SAYI 2 MİLYARDI ÖTDÜ

Dünyada yaşayan müsəlman əhalinin sayı 2 milyardı ötüb. Bu barədə, “Qlobal müsəlman əhalisi” veb-saytında məlumat yayılıb. Məlumata görə, müsəlman əhalinin...

Bağla