Qurani-Kərimdə də ailə içində qarşılıqlı sevgiyə və mərhəmətə diqqət çəkilir: “Və Onun ayələrindən biri də budur ki, sizin üçün özünüzdən həyat yoldaşları yaratdı ki, aranızda əmin-amanlıq və məhəbbət olsun. Şübhəsiz ki, bunda düşünənlər üçün dəlillər vardır” (Rum, 21). Peyğəmbər (s.ə.s) ailədə sevgini, mərhəməti və hörməti əsas tutardı. Ailə üzvləri arasında ədalətli davranmağın və onlarla xoş rəftar etməyin vacibliyini vurğulardı.
Qurani-Kərimdə də evliliyin təşviqinə belə yer verilir: “Sizin üçün onlardan (məxluqatdan) cütlər yaratdı. Onların sizə tərəf gəlməsi üçün həmişəlik onların arasında məhəbbət və rəhmət qoydu” (Ərəf, 189). Evliliyin əhəmiyyətini önə çəkərək, onun insanın nəfsini haramdan qoruduğunu bildirmişdir. Peyğəmbərimiz hədislərində evliliyin həm dünya, həm də axirət üçün xeyirli olduğunu belə ifadə edilmişdir: “Evlənin, çünki mən qiyamət günü sizin çoxluğunuzla öyünəcəyəm” (Tirmizi, Nikah, 1).
Allah Təala belə buyurur: “Allah, sizə sərf etdiyiniz hər bir şeyin əvəzini verəcəkdir” (Bakara, 272). Peyğəmbərimiz də öz növbəsində ailəsinin rifahı üçün çalışan insanları tərifləyər, ailə üçün xərclənən pulun sədəqə olduğunu söyləyərdi (Buxari, Nafaqat, 1).
Peyğəmbər (s.ə.s) xanımlarına qarşı son dərəcə nəzakətli idi. Onların ehtiyaclarını qarşılayar, problem olduqda anlayış göstərər və könüllərini almağa çalışardı. Qurani-Kərimdə: “Ey iman gətirənlər! Özünüzü və əhl-əyalınızı oddan qoruyun” (Tahrim, 6) deyilir.
Uşaqlarını tərbiyə edilməsi məsələsi ailənin ən əsas vəzifəsidir. Onlara dünya və axərətdə gərəkli olacaq eləmlər və biliklər verilməlidir. Ailə sirrlərini yaymaq ən böyük pisliklərdən hesab edilir. Boşanan valideynlərə övladın rifahını ön planda tutmağı tövsiyə edilir, uşaqlar arasında ayrı-seçkiliyə yol verilməməlidir. Həmçinin, uşaqları anadan ayırmağın böyük günah olduğunu unutmamaq lazımdır. Bir hədisdə: “Ana ilə balasını ayıranı Allah da qiyamət günü sevdiklərindən ayırar” buyurulur (Sünən İbn Məcə, Kitabu əl-Birr, 3660). Ailə üzvlərinin hisslərini anlamaq və, onlara sevgi və mərhəmət göstərmək lazımdır. Hədisdə: “Qadınlarınıza yaxşı davranın, çünki onlar sizin himayəniz altındadır” buyurulur (Tirmizi, Rəda, 11).
Evlənəcək şəxsin seçimi barədə hədisdə: “Dindar birini seç, əks halda ziyana uğrayarsan” buyurulur (Buxari, Nikah, 15). Buna bağlı olaraq qadınların zorla evləndirilməsi qadağan edilmişdir, onlara öz seçimlərini etməyə imkan verilməlidir. Evlilik qarşılıqlı hörmət və sevgi əsasını dayanmalıdır. Peyğəmbərin ailə münasibətləri bugün də müsəlman ailələri üçün ideal nümunədir və əxlaq qaydalarının təməlində durur.
Rəşad Manafov