FƏLƏSTİN HÖKUMƏTİ TƏRAVİH NAMAZI BARƏDƏ QƏRARINI AÇIQLADI

0

Pandemiya tədbirləri çərçivəsində cümə namazlarının açıq meydanlarda qılındığı Fələstində təravih və vaxt namazları məsciddə qılınacaq.

Bu barədə hökumətin məruzəçisi İbrahim Mülhim, ramazan ayında riayət edilməli kovid-19 ilə mübarizə tədbirlərini açıqlayarkən məlumat verib.

Yeni tədbirlər çərçivəsində uşaq bağçalarında, habelə məktəblərin 1-ci sinifindən 6-cı sinifə qədər və 12-ci sinifdə üz-üzə təhsil olacağını deyən Mülhim, ali məktəblərdə və kolleclərdə I kurs istisna olmaqla disdant təhsilin olacağını bildirib.

Axşam saat 20.00-dən səhər 06.00-a qədər şəhərlər arasında səyahət qadağasının və cümə günləri komendant saatının davam edəcəyini bildirən hökumət sözçüsü, kütləvi iftar, yas mərasimi, ictimai tədbirlər toy qadağasının davam edəcəyini xatırladıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KRAL İMZALADI – TƏRAVİH NAMAZI 10 RƏKAT QILINACAQ

Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləziz Məscidi-Haramda və Məscidi-Nəbəvidə təravih namazlarının 10 rəkat qılınacağı barədə qərarı imzalayıb. Bu barədə “Harameyn”...

Bağla