FATİHƏ SURƏSİNİN ADLARI

0

Uca kitabımızın ilk surəsi Fatihədir. Fatihə surəsinin bir çox adları vardır. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

  • Ummul-kitab (kitabın anası): Qurani-Kərimdə bəhs edilən bir çox önəmli mövzu Fatihə surəsində yer alır. Buna görə alimlər Fatihə surəsini “Ummul-kitab” adlandırırlar. Fatihə surəsi bu adla məşhurdur.
  • əl-Kənz və-l vafiyə (xəzinə və əksizsizlik surəsi): Allah kəlamı xaricində bütün sözlər nöqsanlıdır və tənqidə açıqdır. Ancaq Qurani-Kərim üçün bu qayda keçərli deyildir. Bu nöqsansızlığı Fatihə surəsində görmək mümkündür.
  • Suratu-s səlah (Namaz surəsi): Hər bir namazın qiyam mərhələsində oxunması vacib olan surə Fatihədir. O, namazın hər bir rükətində oxunduğuna görə belə adlandırılmışdır.
  • Suratu-l həmd (Həmd surəsi): Fatihə surəsinin adlarından biri də “həmd surəsi” Belə ki, Fatihə surəsi, “əl-həmdu lillahi rəbbi-l aləmin” (Fatihə, 1/2) ayəsində keçən ilk söz olan “əl-həmdu”dan hərəkətlə “suratu-l həmd” olaraq adlandırılır.
  • əs-Səb`u-l məsani (Təkrarlanan yeddi): Fatihə surəsi yeddi ayədən ibarət olduğu üçün və iki rükətlik namazların hər bir rükətində oxunduğu üçün eyni zamanda “təkrarlanan yeddi” olaraq da adlandırılır. Bəzi alimlər bu tərifi genişləndirərək gündəlik həyatımızın hər bir mərhələsində bu surənin oxunduğunu bildirir və buna görə Fatihə surəsinin “əs-səb`u-l məsani” (Təkrarlanan yeddi) olaraq adlandırıldığını qeyd edirlər.
  • əş-Şafiyə (Şəfa surəsi): Fatihə surəsinin bir başqa adı “əş-Şafiyə” (Şəfa surəsi)
  • əl-Vəd və-l vəid (Vəd və qorxutma surəsi): Fatihə surəsinə diqqət etdikdə onun iki hissədən ibarət olduğunu görərik. İlk hissə Allaha həmd etməkdən, mülkün sahibi olmasından, axirət günü insanları imtahana tabe tutmasından bəhs edir. İkinci hissədə isə insanın yaradıcısına olan pənahından bəhs edilir. Fatihə surəsini bütöv bir şəkildə ələ alıb təhlil etdiyimizdə bu nəticəyə varırıq: Allah axirət günü yaxşılıq edən hər kəsi gözəl qoxulu, yaşıl meşəli, bol sulu ve meyvəli cənnətlə mükafatlandıracaqdır. Buna müqabil, günah işləyən hər kəsi, günahı ölçüsündə cəhənnəmlə cəzalandıracaqdır. Yəni, Fatihə surəsi yaxşılıq edənlərə cənnəti “vəd” etdiyi kimi, günah işləyənləri də cəhənnəm əzabı ilə “qorxu”

Təfsir literaturunda Fatihə surəsinin bundan başqa adları da vardır. Ancaq ən məhur olan və ən çox bilinən adlar bunlardır.

Murad Ağayev

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan və Türkiyə prezidentlərinin danışıqları ciddi nüanslardan xəbər verir”

“Hazırkı mürəkkəb geosiyasi situasiya fonunda Azərbaycan və Türkiyə prezidentlərinin bugünkü görüşü, xüsusən, danışıqların 4 saatdan artıq davam etməsi ciddi nüanslardan...

Bağla