Fatihə surəsində əlhəmdulillah şəklində ifadə edilən həmdin və bütövlüklə surənin dəyəri, möminin dini həyatındakı yeri haqqında bir çox səhih hədis var. “Zikrin ən üstünü Lə iləhə illallah, duanın ən ucası əlhəmdulillahdır” (Tirmizi, Dua 9).
“Allaha həmd ilə başlamayan hər işin sonu hüsrandır” (İbn Macə, Nikah 19).
Rəsullah (s.ə.s) Əbu Səid İbn Muəlla adlı səhabəyə “Qurani-Kərimdəki ən böyük surənin hansı olduğunu məsciddən çıxmadan bildirəcəyini demiş, sonra da bunun Fatihə surəsi olduğunu açıqlamışdır” (Buxari, Fəzailül-Quran 9). Başqa bir çox hədisdə də Fatihə surəsinin şəfa verici xüsusiyyətinin olduğu da bildirilmişdir.