Fatih Dönməz: “2026-cı ilə qədər “Sakarya” yatağında 40 quyu qazılacaq”

0

“Qara dənizdəki “Sakarya” böyük qaz yatağında 50-dən çox gəminin iştirakı ilə işlər davam edir. Artıq 10 quyu qazılıb, onların sayının 2026-cı ilə qədər 40-a çatdırılması planlaşdırılır”.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“Qara dəniz yatağından üç sualtı kəmərin çəkilməsi və sınaqlar davam etdirilir. 170 km uzunluğunda magistral qaz kəmərinin tikintisi başa çatıb. Həmçinin quruda kompressor stansiyasının tikintisi üzrə işlər 85% yerinə yetirilib”, – o bildirib.

Nazir vurğulayıb ki, bu kompressor stansiyası birinci mərhələdə ölkənin qazpaylayıcı sisteminə 10 milyon kubmetr qaz verəcək, gələcəkdə isə bu rəqəm 40 milyon kubmetrə çatdırılacaq.

O, yatağın ehtiyatlarının həcminin 710 milyard kubmetrə çatdığını xatırladıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. “Report” "HaberGlobal"a istinadən xəbər verir ki, bu barədə Türkiyə...

Bağla