FİLAN ŞƏXSİN ƏTƏYİNDƏN TUTARAM, O MƏNİ XİLAS EDƏR!

0

Mömin daim Allaha qarşı vəzifələri xüsusunda öz halını gözdən keçirməlidir. Bəzi cahillərin dediyi kimi, “axirətdə filan şəxsin ətəyindən tutaram, o məni xilas edər!” rahatlığı ilə ətalətdə yaşamaqdan uzaq olmalıdır. Çünki bu, insanların əksəriyyətini səy göstərməkdən ayrı salan nəfsani bir düşüncədir.

Necə ki, bəzi insanlar Allah yolunda konkret addımlar atmaq əvəzinə “qurtarıcı Mehdi” gözləyirlər. Halbuki axirətdə bizi Mehdinin -əleyhissalam- çıxıb-çıxmaması xilas etməyəcək. Zaman və məkandan asılı olmayaraq Haqqa qulluq və Allah yolunda, din uğrunda göstərdiyimiz səylərlə nicat tapacağıq.  

Mehdi -əleyhissalam- bizim dövrümüzdə zühur edərsə, onun yanında olmağa layiq təqva həyatını indidən yaşamağa cəhd etməliyik. Bu istiqamətdə cəhdimiz varsa Mehdi -əleyhissalama- çatmamağın bizə bir ziyanı olmayacaq. Amma belə bir cəhdimiz yoxdursa Mehdi -əleyhissalama- çatsaq da bunun bizə axirətdə heç bir xeyri olmayacaq.   

“İNSAN ÜÇÜN GÖSTƏRDİYİ SƏYLƏRİN XARİCİNDƏ HEÇ NƏ YOXDUR”

Salehlərin əməllərini işləmədən, Allah yolunda səy göstərmədən, çətinliklərə düçar olmadan; əbədi qurtuluş üçün sırf saleh şəxslərə arxayın olan qafillərə Mövlana həzrətləri belə xəbərdarlıq edir:

“Musal üçün sənin əlində Həzrəti-Musanın əsası var. Amma Musada olan qüvvət səndə vardırmı ki, onu əjdahaya çevirəsən və onu idarə etməyə qadir olasan?”

“Tutaq ki, ölüləri dirildən Həzrəti-İsanın nəfəsinə maliksən və onun duasını bilirsən. Amma ey qafil! Səndə Həzrəti-İsanın (günahsız) ağzı vardırmı ki, nəfəsinlə ölü könülləri dirildəsən, onları sevgi zövqüylə canlandırasan?”  

“Deyək ki, Həzrəti-Əlinin Zülfüqar adlı qılıncı sənə miras qaldı. Səndə Allahın Aslanı Həzrəti-Əlinin qolu, qüvvəsi vardırmı ki, Zülfüqardan istifadə edə biləsən?”

Xülasə: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” Nəcm-39)

Şeyxim məni qurtarar, mənə şəfaət edər demək batildir. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAŞLANĞIC VƏ BİTİŞİN KƏSİŞDİYİ NÖQTƏ…

Həyata göz açdığımız, Allahın sonsuz nemətlərini var gücümüzlə tükətdiyimiz dünya həyatının, əlbəttə, sonu vardır. Bir çox halda, təəssüf ki, dünyaya...

Bağla