Fransada müsəlman din xadimi Farid Slim social şəbəkədə fikirlərinin açıqladğı üçün saxlanılaraq həbs edilib.
Slim social şəbəkədə yaydığı videoda, Türkiyə prezidenti Ərdoğanın pandemiya dövründə yaranmış böhrah vəziyyətini Fransa prezidenti Makrondan yaxşı idarə etdiyini deyib.
Onun barəsində “Fransanı aşağılamaq, Fransada hökumət çevrilişinə cəhd etmək və terroru təbliğ etmək ittihamı ilə məhkəmə iddiası qaldırılıb.
Slim polislərin səhər saat 6-da yaşadığı evə girdiklərini, axtarış apardıqlarını və terrorla əlaqələndiriləcək heç nə tapmadıqlarını deyib.
Ötən gün keçiriləm məhkəmə prosesində onun barəsində veriləcək qərarın açıqlanması 11 mart tarixinə qədər təxirə salınıb. Bu müddət ərzində din xadimi barədə verilmiş həbs qətimkan tədbiri davam edəcək.