Fransada koronovirus səbəbindən yaranmış fövqəladə vəziyyətə baxmayaraq bir qrup evangelistin toplanaraq ayin keçirməsi ölkədə etirazla qarşılanıb. Fransa parlamentinin üzvü Jan-Luk Melenşon Müluz (Milhouse) şəhərindəki bir kilsədə baş vermiş bu hadisəyə kəskin reaksiya bildirib:
“Evangelist kilsəyə bağlı bir qrup, yüksək dərəcədə koronovirus yoluxma təhlükəsinə baxmayaraq Müluzda ayin keçiriblər. Müsəlmanlar belə bir hərəkət etsəydi günlərlə bu barədə danışardıq.” – deyə parlamentin üzvü vurğulayıb.
Xatırladaq ki, Fransada 22 304 koronovirusa yoluxma halı qeydə alınıb və onlardan 1 100 nəfəri ölüb. Ölkədə iznsiz bayıra çıxanlar 150 euro məbləğində cərimə edilirlər.