FRANSADA 40 NƏFƏR ERMƏNİ TÜRK AİLƏNİN EVİNƏ HÜCUM EDİB

0

Fransada Türk ailənin evi 40 nəfərlik erməninin hücumuna məruz qalıb. Hücum nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə Fransa Sen-Die-des-Voj şəhərinin Kellerman məhəlləsində baş verib.

Ailədən olan M.A.-nın “Anadolu” agentliyi müxbirinə verdiyi məlumata görə, hadisə 24 aprel günü bir erməninin A.Ç.-nin oğlunun üstünə maşın sürməsi ilə başlayıb. Bu hadisədən sonra tərəflər danışıb kompromisə gəlsələr də, ötən gün 40 nəfərlik erməni qrupu əllərində beyzbol dəyənəkləri, bıçaq və metal çubuqlarla A.Ç.-nin evinə hücum ediblər.

Məlumata görə, hücum nəticəsində 4 nəfər yaralanıb, onlarda üçü xəstəxanaya aparılıb, bir nəfərin kəllə sümüyündə 3 çatlaq əmələ gəli, bir nəfər isə əməliyyat edilib.   

Hücum edənlər evdən ayrılarkən onlardan biri havaya atəş açıb. Hücum edənlərdən birinin isə II Qarabağ müharibəsində Ermənistan tərəfdə döyüşdüyü istisna edilmir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“OSMANLI DÖVLƏTİ HEÇ BİR ZAMAN XRİSTİANLARI YOX ETMƏYİB”

ABŞ prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələri “soyqırımı” kimi ifadə etməyinin əks-sədası davam edərkən Baydenin bu...

Bağla