Fransada tikintisi davam edən “Eyyub Sultan” məscidi naməlum şəxslərin hücumuna məruz qalıb.
Bu barədə məscid icmasının sosial şəbəkədəki səhifəsində məlumat yayılıb. Məlumatda bildirilir ki, hücum edən şəxslər tikintisi davam edən məscidin divarına, “İslama yox! Ölkənizə qayıdın!” yazıblar.
Məlumatda həmçinin qeyd edilib ki, baş verən hadisə, Fransanın içində olduğu zərərli mühitin əks olunmasıdır.
Qeyd edək ki, Strasburq şəhərində osmanlı memari üslubu ilə tikilən “Eyyub Sultan” məscidi başa çatdıqdan sonra Avropanın ən böyük məscidi olacaq.