FRANSADA HALAL ƏRZAQLA DƏHŞƏTLİ TƏXRİBATIN QARŞISI ALINDI

0

Fransada halal ərzaq məhsullarına qarşı planlaşdırılan dəhşətli təxribatın qarşısı alınıb.

Yerli “Mediapart” qəzetinin xəbərinə görə plan, Fransa Daxili Təhlükəsizlik İdarəsinin radikal irqçi qrupa yerləşdirdiyi cəsus sayəsində aşkarlanıb.

Xəbərə görə, xalqı müsəlmanlara qarşı qızışdırmaq istəyən “Əməliyyat Qüvvələri Platformu” adlı radikal irqçi qrup, marketlərdə halal sertfikatlı ərzaq məhsullarına zəhər qatmağı planlaşdırıb.

Qrupun üzvü olan iki nəfər isə uşaqların və yaşlıların ölmə ehtimalına qarşı belə bir aksiyaya qarşı çıxıblar.

Fransa Daxili Təhlükəsizlik İdarəsi həmçinin qrupun 200 müsəlman din xadiminə qarşı hücum planlaşdırdığını da aşkarlayıb.

Aralarında dövlət qulluqçusu, pensiyaya çıxmış polis əməkdaşları və istefada olan hərbçilərin də olduğu qrup üzvlərinin evində aparılan axtarışda partlayıcı maddə hazırlamaq üçün vasitələr və silah aşkarlanıb.

 

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBULDA “KEÇMİŞDƏN BU GÜNƏ QÜDS” SƏRGİSİ AÇILDI

Türkiyənin İstanbul şəhərində “Keçmişdən Bu günə Qüds” adlı foto-şəkil sərgisi açılıb. Kommunikasiya İdarəsi tərəfindən “360 mədəniyyət-incəsənət” layihəsi çərçivəsində təşkil edilən...

Bağla