Fransada vəkilliyə namizəd müsəlman qadın, Paris vəkillər kollegiyasının and içmə mərasimində islamofobik rəftara məruz qalıb.
Məlumata görə, vəkilliyə namizədlər üçün and içmə mərasimi keçirilib. Bu vaxt kollegiyanın əməkdaşları Sara adlı namizəddən hicabını açmağı tələb ediblər və əks təqdirdə onu mərasimin keçirildiyi zaldan çıxarmaqla hədələyiblər.
Bundan sonra başını açmayan Sara zalın arxa tərəfinə – görünməyən bir yerə getməyə məcbur edilib. Saranın bu vəziyyətə etiraz etməsi ilə başqa bir idarəçi vəkilliyə namizəddən dərhal hicabını çıxarmağı, əks təqdirdə and içə bilməyəcəyini deyib.
Saranın məruz qaldığı bu vəziyyətə zaldakı digər vəkilliyə namizədlər etiraz ediblər. Vəkilliyə namizədlərdən biri isə baş verənləri tvitter hesabında yazaraq jurnalistlərin diqqətini bu hadisəyə cəlb edib.
Jurnalistlərə açıqlama verən Sara, baş verən islamofobik hadisənin onun ləyaqətini alçaltdığını deyib.
“Gülməli olan odur ki, məni hicabımı açmağa məcbur edənlər yarım saat sonra tribunaya çıxıb azadlıq və müstəqillik barədə nitq söylədilər. Halbuki bir az əvvəl məni hicabımı açmağa məcbur etdilər. Tamamilə riyakarlıqdır.” – deyə Sara qeyd edib.