Fransada məhkəmə, meriyanın müsəlmanlara aid məscidi bağlaması barədə qərarını ləğv edib.
Bu barədə Pessak Müsəlmanları Şurasının vəkili Sefen Qez Qez məlumat yayıb. Məlumatda bildirilir ki Cironda meriyasının “Əl-Faruq” məscidinin bağlanması barədə qərarını Bordo inzibati məhkəməsi ləğv edib.
Vəkil Qez Qez məhkəmnin bu qərarının, son illərdə ölkədə hüquqsuz yerə məscidlərin bağlanmasına qarşı bir addım olduğunu vurğulayıb.
Xatırladaq ki, Fransanın Bordo şəhərinin yaxınlığındakı Pessak qəsəbəsində yerləşən “Əl-Faruq” məscidi radikal islamı təbliğ etdiyi və sələfi ideologiyanı yaydığı iddiası ilə Cironda meriyası tərəfindən martın 14-də 6 aylıq müddətə bağlanmışdı.