FRANSADA MƏSCİDƏ HÜCUM OLUB

0

Fransa Tarn-et-Qaronna vilayətinin Montauban şəhərində tikintisi davam edən məscidə naməlum şəxslər hücum edib.

Bu barədə “Fransa İslam Şurası” (CFCM) sosial şəbəkədəki səhifəsindən açıqlama yayıb.

Açıqlamada bildirilir ki, məscidin divarına svastik çəkilib, həmçinin “Evə qayıdın ey çirkin ərəblər”  – kimi təxribatyönümlü yaılar yazılıb.

Montauban bələdiyyə sədri Bric Barec (Brigitte Bareges) özünə aid sosial şəbəkə səhifəsində, “Bu dözülməz yazıları ən sərt şəkildə qınayıram.” – yazıb.  

Baş vermiş hadisə barədə təhqiqatlar davam edir.

Resim

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRDƏ LEYSAN YAĞACAQ, DOLU DÜŞƏCƏK

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında...

Bağla