Fransada tikintisi davam edən “Eyyub Sultan” məscidi layihəsinə bələdiyyə tərəfindən ianə olunmasını təsdiq edən Stasburq bələdiyyəsinin sədri Janne Barseqyan ölümlə hədələnir.
Bu hədələrə qarşı tədbirlər planı hazırlayan bələdiyyə şurası bazar ertəsi günü keçirdiyi iclasda bələdiyyə sədrinin mühafizəçi tələbini qəbul edib.
Qeyd edək ki, Barseqyan aprelin 20-də mühafizəçi tələb etdiyi müraciətində hər gün sosial şəbəkə və poçtla gələn məktublarla ölümlə hədələndiyini və təhqir edildiyini bildirib.