FRANSADA MƏSCİD İRQÇİ HÜCUMUN HƏDƏFİ OLUB

0

Fransanın Pa-de-Kale əyalətindəki məsciddə təravih namazından əvvəl irqçi hücum həyata keçirilib.

Ölkə mətbuatında yayılan xəbərlərə görə, Pa-de-Kale əyalətinin Saint-Omer şəhərindəki məscidə təravih namazı vaxtı donuz başı atılıb. Onlarla insanın ibadət etmək üçün toplaşdığı məsciddə belə bir mənzərə ilə rastlaşan möminlər vəziyyət polisə xəbər veriblər.

Saint-Omer Türkləri Mədəniyyət Dostluğu Dərnəyinin sədri İsmayıl Gülməz France 3 kanalına verdiyi açıqlamada hadisə ilə bağlı şikayət edəcəklərini bildirib.

Xatırladaq ki, Fransanın daxili işlər naziri Gerald Darmanin müsəlmanların Ramazan ayında rahat şəkildə namaz qılmaları üçün məscid və ibadət yerləri ətrafında təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verdiyini açıqlayıb.

Fransa'da bir cami ırkçı saldırının hedefi oldu

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
35 MİN MÜSƏLMAN MƏSCİDİ-ƏQSADA NAMAZ QILDI

İşğal altındakı Şərqi Qüdsdə 35 min müsəlman Ramazan ayının ilk günündə işa və təravih namazı üçün Məscidi-Əqsaya gedib. Bu barədə,...

Bağla