Fransada “məscidə hücum edəcəyəm” – deyə Lill şəhərindəki məscidi hədələyən 23 yaşlı Conatan Dhe həbs edildi.
Yerli “Le Parisien” qəzetinin xəbərinə görə, Lill şəhər Ağır cinayətlərə dair məhkəməsində keçirilən məhkəmə prosesində hakim Conatan Dhenin 8 ay həbs edilməsinə qərar verib.
Həmçinin, məhkəmə Dhenin 3 il məscidə yaxınlaşmasını və 5 il silahlı olmasını yasaqlayıb. Bundan başqa, məhkəmə Dhenin işin mülki tərəfinə 3 800 avro ödəməsinə qərar verib.
Xatırladaq ki, Conatan Dhe iyun ayında telegramda paylaşdığı videoda Lill şəhərindəki “Sud” məscidini hücum edəcəyi ilə hədələmişdi. Əlaqədar şəxslərin şikayətindən sonra Dhe polis tərəfindən saxlanılmışdı.