Fransanın paytaxtı Paris yaxınlığında fəaliyyət göstərən “Mantes Sud” məscidinin əməkdaşları, küçədə qalanlar və əksəriyyəti qaçqın olan evsizlərə yardım etməyə başlayıb.
Bu çərçivədə məscidə aid qonaq evlərinə cəlb edilən qaçqınlara gündə üç dəfə yemək verilir.
Məscid rəhbərliyi isə, soyuq qış aylarında heç kimin küçələrdə qalmaması üçün social şəbəkədə elan verir. Yer azlığı səbəbilə məscidin bir hissəsinə yataq açan məscid heyəti, dinindən asılı olmayaraq qapılarının hər kəsə açıq olduğunu bildiriblər.
Əlavə olaraq, burada “As-Suffa” dərnəyinin dəstəyi ilə hər axşam 1000 nəfərə pulsuz şam yeməyi verilir.