Fransanın Cənub-Qərbindəki Ajen bölgəsində müsəlmanlara məxsus məscid naməlum şəxslərin hücumuna məruz qalıb.
Məlumata görə həmin şəxslər məscidin divarlarına müəlmanlar əleyihndə şüarlar yazıb və svastik çəkiblər.
Fransada yaşayan müsəlmanların əsas təşkilatlarından olan “Fransa İslam Şurası” bəyanat yayaraq bu hücumu pislədiyini açıqlayıb.
Fransanın daxili işlər naziri Cerald Darmanin də sosial şəbəkədəki şəxsi səhifəsində bu hücumu pislədiyini yazıb.
Bu hücumun respublikanın dəyərlərinə zidd olduğunu bildirən nazir, Ajendə yaşayan müsəlmanlarla həmrəylik içində olduqlarını vurğulayıb.