Cari ildə Fransada 73 məscid, özəl məktəb və iş yeri qapadılıb.
Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin keçirdiyi mətbuat konfransında məlumat verib. Darmanin həmçinin, təkcə keçən ay Ero bölgəsidə 1 məscid, 1 özəl məktəb, digər bölgələrdə isə 1 dərnək və 9 iş yerinin bağlandığını deyib.
Bütün bu addımları, “radikallaşmayla mübarizə” ilə açıqlayan nazir 231 nəfərin də bu səbəbdən deportasiya edilməsinin labüd olduğunu qeyd edib.
Darmanin ötən ay 4.2 ton narkotik maddənin ələ keçirildiyini və narkotik qaçaqmalçılığı edən 1189 nəfərin saxlanıldığnı bildirib.