Fransada hərarətin -16 dərəcəyə qədər düşdüyü bölgələrdə qaçqınlar soyuqdan donmamaq üçün geyimlərini yandıraraq isinməyə çalışırlar.
Məlumata görə hadisə North bölgəsi Qrand-Sinti şəhərində yerləşən meşədəki çadır düşərgəsində baş verib.
Düşərgədə təqribən 500 nəfərə humanitar yardım göstərən yardım təşkilatı əməkdaşları burada yanmış plastik iyi hiss ediblər. Onlar qaçqınların üşüməmək üçün öz paltarlarını yandırdıqlarına şahid olublar.
Təşkilat əməkdaşları həmçinin düşərgədə sadəcə bir su çəni olduğunu, o da donduğu üçün qaçqınların iki gündür susuz qaldıqlarını bildirib.
Qaçqınların La-Manş boğazından keçərək İngiltərəyə getməyi planlaşdırdığı qeyd edilib.
“Anadolu” agentliyi