Fransada hava limanında sürücü işləyən, təhlükəsizlik səbəbindən adı çəkilməyən və şərti olaraq Anis adlandırlan şəxsin qıldığı vaxt namazı, illər sonra “radikallaşma meyli” kimi dəyərləndirilərək işdən çıxarılıb.
Məhkəmə prosesi bitənə dəqər danışmaq istəməyən Anisin vəkili Sefen Guez Guez hadisə barədə açıqlama verib. Vəkil bu hadisənin baş verdiyi vaxta diqqəti cəlb edərək bunun “islamafobiya” olduğunu deyib.
“Hava limanı əməkdaşlarını avtobusla daşıyan Anis, 2017-ci il yanvarın 24-də heç kimin olmadığı bir vaxtda avtobusda vaxt namazını qılıb. Bu vaxt əməkdaşlardan biri qapısı bağlı olduğu üçün avtobusa minə bilmədiyi üçün polisə şikayət edib.
Hadisənin baş verməsindən təqribən 4 il sonra Anisin qıldığı namaz “radikallaşma meyli” kimi dəyərləndirilib və hava limanına giriş akreditasiyası ləğv olunub.” – deyə vəkil Guez Guez bildirib.
Anisin akreditasiyasının 2018-ci ildə yeniləndiyini deyən vəkil, ləğv qərarının Parisdə müəllimin öldürülməsindən sonra müsəlmanların hədəfə götürülməsi ilə baş verdiyini deyib.
Vəkil bildirib ki,akreditasiyanın ləğv qərarında, “iş vaxtları daxilində namaz qılmanın ciddi bir radikallaşma meyli olduğu” vurğulanıb.
“Məhkəmə yekun qərarını martın 25-də açıqlayacaq. Polis rəisi, dini öhdəlik olan və bütün müsəlmanların hər gün qıldığı namazı ictimai təhlükəsizliyə təhdid kimi qəbul edir və İslam dinini terrorla əlaqələndirir. Bu aşkar islamafobiyadır.” – deyə vəkil vurğulayıb.