“FRANSANIN MÜSƏLMAN İCMASI AZƏRBAYCAN XALQI İLƏ HƏMRƏYDİR”

0

“Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda apardığı müharibə və pandemiya nəticəsində ölkəyə dəyən ziyana biganə qala bilməzdik”.

Bu fikirləri Fransada fəaliyyət göstərən “Böyük Məğrib” Assosiasiyasının prezidenti Brahim Mabruki bildirib.

Brahim Mabruki Fransa müsəlmanlarının azərbaycanlıların yanında olduqlarını bildirib:

“Bu vəziyyətdə əziyyət çəkən azərbaycanlı qardaşlarımızın köməyinə çatmaq borcumuz idi. Təcili hərəkətə keçdik, bacardığımız qədər səfərbər olduq. Əlil arabaları, elektron çarpayılar, tibbi ləvazimat və dərmanlar alıb göndərdik“.

Brahim Mabruki həmrəyliyin və dünyəviliyin mühüm əhəmiyyət kəsb etdiyi Azərbaycanın Fransa müsəlmanları tərəfindən sülhpərvər ölkə kimi yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb:

“Bizim assosiasiyamız siyasi və dini deyil, yalnız humanitar məqsədlər güdür. Təşkilatımızda Fransa müsəlmanları ilə yanaşı, xristianlar, yəhudilər və digər dindən olan insanlar da var. Həmrəylik bizim üçün böyük əhəmiyyət kəsb edir və mənşəyindən, dini məsubiyyətindən asılı olmayaraq ehtiyacı olan heç bir kəsdən köməyimizi əsirgəmirik. Azərbaycan müxtəlif dinə mənsub insanların birgə yaşadığı sülhpərvər və həmrəyliyə böyük əhəmiyyət verilən ölkədir. İstəyimiz odur ki, Azərbaycan xalqı xoşbəxt və əmin-aman yaşasın”.

Brahim Mabruki Fransanın Ermənistana yaxın ölkə olduğunu vurğulayıb: “Fransa Ermənistana kifayət qədər yaxın ölkədir. Bunun səbəbi burda erməni icmasının böyük olmasıdır. Bizim Azərbaycana dəstək aksiyasının daha bir səbəbi də odur – hamı bilsin ki, Fransada azərbaycanlıların qayğısına qalanlar, həmrəy olanlar, çətin anlarda onların yanında olanlar da var”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KARANTİN REJİMİNDƏ YAS YERLƏRİNDƏ İŞTİRAKLA BAĞLI YENİ QƏRAR

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı yeni qərarında yas yerlərində iştirakla bağlı məsələ də öz əksini...

Bağla